Son dəqiqə

Misir İspaniya futbol irqçilik məsələləri Luis de la Fuente İspaniya milli komandası Lamine Yamal

İspaniya-Misir matçında müsəlmanlara qarşı irqçi şüarlar səsləndirilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Ötən axşam baş tutan İspaniya-Misir matçındaa bəzi ispan azarkeşləri rəqib komandaya və müsəlman oyunçulara qarşı irqçi ifadələr işlədib.

TurkicWorld xəbər verir ki, "tullanmayan müsəlmandır" şəklində kollektiv şüarların səsləndirilməsi həm idman ictimaiyyətində, həm də İspaniya milli komandasının daxilində böyük hiddətə səbəb olub.

İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente hadisə ilə bağlı sərt reaksiya verib. O, hər hansı irqçi və ya ksenofobik münasibətə dözümlülük göstərməyəcəklərini bəyan edib:

"İstənilən növ xarici düşmənçiliyi, irqçi mövqeyi və ya hörmətsizliyi tamamilə rədd edirəm. Bu cür hərəkətlərə qarşı ikrah hissi duyuram."

İspaniya millisinin müsəlman ulduzu Lamine Yamal da "Bunun üçün nəsə deməyə ehtiyac yoxdur. Cavab verməyə dəyməz. Biz öz dəyərlərimizi bilirik," – deyə baş verənlərə reaksiya verib. Komandanın digər aparıcı oyunçusu Pedri isə deyib ki, "Bu cür irqçi şüarları qətiyyən təqdir etmirik. Futbolun bu cür hallardan tamamilə uzaq olması üçün hamımız birlikdə çalışmalıyıq."

İspaniyanın nüfuzlu idman nəşri olan "Marca" qəzeti də baş verənləri tənqid edib. Nəşr öz səhifələrində "Tribunadan yüksələn bu şüarlar mütləq kəskin şəkildə qınanmalıdır" ifadəsini işlədərək, azarkeşlərin bu davranışının idman etikasından kənar olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər