Son dəqiqə

Böyük Britaniya İran ABŞ Donald Tramp

ABŞ-ın İrana qarşı əməliyyatı bizim müharibəmiz deyil - Starmer

BAKI,TurkicWorld

Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyatla bağlı açıqlama verib.

TurkicWorld xəbər verir ki, o bildirib ki, ABŞ-ın İrana qarşı əməliyyatı Böyük Britaniyanın müharibəsi deyil və London bu münaqişəyə cəlb olunmayacaq.

“Bir daha vurğulayıram: bu, bizim müharibəmiz deyil və biz bu münaqişəyə sürüklənməyə imkan verməyəcəyik” – deyə Starmer qeyd edib.

Baş nazir əlavə edib ki, Böyük Britaniya Yaxın Şərqdə olan vətəndaşlarının təhlükəsizliyini qorumaqda davam edəcək və regiondakı müttəfiqləri ilə əməkdaşlığı saxlayacaq.

Qeyd edək ki, Starmer daha əvvəl ABŞ Prezidenti Donald Tramp ilə Yaxın Şərqdəki vəziyyətlə bağlı ciddi fikir ayrılıqlarının olduğunu da bildirmişdi. Londonun İrana qarşı birbaşa hərbi qarşıdurmaya qoşulmaq niyyətində olmadığı vurğulanıb.

Mövzuya görə xəbərlər