Son dəqiqə

İran Xarici İşlər Nazirliyi İsmayıl Bəqai Razılaşma Memorandum Daxildə veriləcək

İran XİN sözçüsü: Memorandum üzrə son qərar “daxildə veriləcək”

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, əlaqədar qurumlar razılaşmanın mətninin yekunlaşdırılması üzrə son mərhələdə görüşlər aparırlar.

TurkicWorld xəbər verir ki, Bəqai mümkün Memorandumun imzalanma vaxtı və yerinə dair şərh verə bilməyəcəyini, son qərarın “daxildə verilməsini” gözləməli olduqlarını əlavə edib.

O bildirib: “Memorandumun mətninə dair yayılan spekulyasiyaların heç birini təsdiqləyə bilmirəm.” Həmçinin qeyd edib ki, “diplomatik prosesin detalları müzakirə edilə bilməz” deyilməsi xalqın bu prosesdən xəbərsiz olduğu anlamına gəlmir.

Mövzuya görə xəbərlər