BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrahman bin Cassim Əl-Tani Misirin xarici işlər naziri Badr Əbdülətî ilə telefon danışığı apararaq ABŞ-İran arasındakı vasitəçilik səylərini müzakirə edib.
TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, hər iki rəsmi danışıqlarda əldə olunan irəliləyişdən məmnunluq ifadə edib.
Onlar həmçinin Pakistanın razılaşmanın son mətni əldə olunması ilə bağlı açıqlamasını alqışlayıb və ümid ediblər ki, həm Vaşinqton, həm də Tehran razılaşmanı tezliklə imzalayacaq.
Açıqlamada vurğulanıb ki, tərəflər davam edən diplomatik səylərə dəstəyini bir daha təsdiqləyib və regionda davamlı sülh və sabitlik üçün ümidlərini ifadə ediblər.







