BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsveçrə Xarici İşlər Nazirliyi AFP agentliyinə bildirib ki, tərəflər razılığa gəlsələr, ABŞ və İran arasında Memorandumun imzalanması üçün İsveçrə ev sahibliyi edə bilər.
TurkicWorld xəbər verir ki, nazirlik qısa açıqlamasında qeyd edib: “İsveçrə tam şəkildə prosesə cəlb olunub. ABŞ və İranla yaxından əlaqədəyik.”
Nazirlik əlavə edib ki, İsveçrə aktiv rol oynayaraq Memorandumun imzalanmasını dəstəkləyir. Məqsəd atəşkəsi möhkəmləndirmək və ABŞ ilə İran arasında münaqişənin de-eskalasiya olunması istiqamətində səylərə yardım etməkdir.







