Son dəqiqə

Bakı Avropanın Axilles dabanı: Trampın İran siyasəti regionu iqtisadi böhrana salır Boru kəmərindən LNG tələsinə: Avropa iqtisadiyyatı Yaxın Şərq savaşının qurbanıdır Dutch TTF-də rekord artım: 50 avro həddi keçildi Avropanın enerji anbarları martın sonuna qədər boşala bilər Trampın müharibəsi Brüsselin hesablarını alt-üst etdi: İqtisadi durğunluq təhlükəsi

Avropanın "Axilles dabanı": Trampın İran savaşı regionu iqtisadi böhrana sürükləyir

Bakı, TurkicWorld, VOA, Analitik Təhlil Mərkəzi, Orxan Qədirzadə

Avropa iqtisadiyyatı uzunmüddətli durğunluqdan sonra böyümə planları qurarkən, Yaxın Şərqdə alovlanan yeni müharibə bütün hesablamaları alt-üst edib. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları Avropa üçün "enerji şoku"na çevrilərək regionu dərin böhranla üz-üzə qoyub.

Yaxın Şərqdəki münaqişə Avropa iqtisadiyyatının ən zəif nöqtəsini — dəniz marşrutlarından enerji asılılığını ifşa edib. Hörmüz boğazının faktiki blokadası nəticəsində Avropanın qaz etalonu sayılan Dutch TTF qiymətləri bir neçə gün ərzində 60%-dən çox artaraq bir meqavat-saat üçün 50 avro həddini keçib.

Analitiklərin fikrincə, bu vəziyyət Brüsselin 2022-ci ildən bəri apardığı diversifikasiya siyasətinin gözlənilməz nəticəsidir. Boru kəməri qazından imtina edən Avropa maye qaza (LNG) keçid etsə də, bu yanacaq məhz hazırda müharibənin getdiyi dəniz suları vasitəsilə daşınır.

Hazırkı statistikaya görə:

Avropanın qaz anbarlarının doluluq səviyyəsi martın ortasına qədər 30%-ə düşüb (çoxillik minimum).

Martın sonuna qədər bu göstəricinin 22-27%-ə qədər geriləyəcəyi proqnozlaşdırılır.

Mövzuya görə xəbərlər