Bakı, TurkicWorld
İsrail ordusu İran ərazisindən raket buraxılışlarının qeydə alındığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (SAXAL) rəsmi bəyanat yayaraq İran ərazisindən İsrail istiqamətində raket atıldığını müəyyən etdiklərini bildirib. Açıqlamada qeyd olunub ki, hazırda bu təhdidin qarşısının alınması və zərərsizləşdirilməsi istiqamətində aktiv əməliyyatlar həyata keçirilir.
Ordunun məlumatına görə, İsrailin hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq rejiminə keçirilib və ölkənin bir çox bölgəsində raket əleyhinə əməliyyatlar başlanıb. Mülki əhali üçün təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı xəbərdarlıqlar edilib.
Hələlik mümkün dağıntı və itkilərlə bağlı rəsmi məlumat açıqlanmayıb. Regionda artan qarşıdurma fonunda vəziyyətin daha da gərginləşə biləcəyi istisna edilmir.




