Son dəqiqə

Türkiyə ABŞ Suriya mövzusunda əməkdaşlıq İŞİD-ə qarşı ABŞ-Suriya əməkdaşlığı ABŞ–Suriya münasibətləri ABŞ Suriyada yeni rəhbərliyə dəstəyini davam etdirir Suriyada ABŞ–Suriya birgə patruluna silahlı hücum: yaralananlar var ABŞ–Suriya antiterror koordinasiyası: Palmira insidenti əməkdaşlığın prioritetliyini gücləndirir ABŞ–Suriya koordinasiyası və İŞİD riski: təhlükəsizlik gündəliyinin sərtləşməsi ABŞ Suriyaya qarşı Sezar Qanunu sanksiyalarını ləğv etdi ABŞ Suriyadan 150 İŞİD üzvünü İraqa köçürdü ABŞ Suriyada saxlanılan İŞİD üzvlərini İraq nəzarətinə verir

ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

BAKI, TurkicWorld, Nailə Babazadə

ABŞ təxminən 10 il yerləşdiyi Suriyanın İraq və İordaniya sərhədlərinin kəsişməsində yerləşən strateji Tenef hərbi bazasından geri çəkilib.

TurkicWorld xəbər verir ki, Suriya hökumətinə yaxın mənbələr ölkə ordusunun bazanı təhvil alaraq burada yerləşdiyini bildirib.

Məlumata görə, ABŞ qüvvələri Tenef bazasından İordaniya ərazisində yerləşən və bazaya 22 kilometr məsafədə olan “Kule 22” hərbi obyektinə köçürülüb. Bildirilir ki, bir vaxtlar Tenefdə təxminən 200 ABŞ hərbçisi yerləşirdi. “Kule 22” bazasındakı ABŞ hərbçilərinin sayı barədə isə dəqiq məlumat açıqlanmayıb.

Qeyd olunur ki, ABŞ 2017–2018-ci illərdə genişləndirdiyi Tenef bazasından qaldırılan müşahidə şarları vasitəsilə İordaniya sərhədi ilə Fərat çayı arasında yerləşən geniş ərazidə İranın dəstəklədiyi silahlı qrupların və DEAŞ terror təşkilatının fəaliyyətini izləyirdi.

Mövzuya görə xəbərlər