ABŞ Suriyaya qarşı Sezar Qanunu sanksiyalarını ləğv etdi Türkiyədən ABŞ-nin Suriya qərarına ardıcıl açıqlamalar Ankara: Suriya üçün atılan hər addım regional sabitliyə xidmət edir ABŞ-nin Suriya sanksiyalarını ləğv etməsinə Türkiyədən müsbət reaksiya Türkiyə ABŞ-nin Sezar Qanunu qərarını dəstəklədi Ankara ABŞ-nnin Suriya siyasətində yeni mərhələni qiymətləndirdi

Sezar Qanununun ləğvi regional sülhə töhfədir - Türkiyə

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ-nin Suriyaya qarşı Sezar Qanunu çərçivəsində tətbiq etdiyi sanksiyaları ləğv etməsi Türkiyə tərəfindən müsbət qarşılanıb. Rəsmi Ankaradan qərarla bağlı ardıcıl açıqlamalar verilib.

TurkicWorld xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli ABŞ-nin Sezar Qanunu çərçivəsində sanksiyaları aradan qaldırmasına dair sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, bu addım Suriyanın yenidən qurulması və inkişafı üçün beynəlxalq əməkdaşlığı daha da təşviq edərək ölkədə sabitlik, təhlükəsizlik və rifahın möhkəmlənməsinə töhfə verə bilər.

AK Parti sözçüsü və sədr müavini Ömer Çelik də qərarı müsbət qiymətləndirib. O qeyd edib ki, Suriyanın birliyi, ərazi bütövlüyü və sabitliyi Türkiyə və region üçün mühüm əhəmiyyət daşıyır. Çelik vurğulayıb ki, ABŞ-nin Sezar Qanunu çərçivəsində sanksiyaları ləğv etməsi regional sülhə töhfə verən addımdır.

Qeyd edək ki, ABŞ Konqresində qəbul edilən və 901 milyard ABŞ dolları həcmində müdafiə xərclərini əhatə edən Milli Müdafiə Səlahiyyətləri Aktı (NDAA) Prezident Donald Tramp tərəfindən imzalanaraq qüvvəyə minib. Qanunda, Bəşər Əsəd dövründə Suriyaya tətbiq edilən və 2019-cu ildə qüvvəyə minmiş Sezar Qanunu çərçivəsində sanksiyaların ləğvi nəzərdə tutulur. Sözügedən sanksiyalar Suriyanın beynəlxalq bankçılıq sisteminə çıxışını ciddi şəkildə məhdudlaşdırmışdı.

Yeni qanun çərçivəsində Ukraynaya 800 milyon ABŞ dolları, İsrailin “Dəmir Qübbə” daxil olmaqla raketdən müdafiə layihələrinə 600 milyon ABŞ dolları, Tayvanla təhlükəsizlik əməkdaşlığı təşəbbüslərinə isə 1 milyard ABŞ dolları ayrılması da təsdiqlənib.