Son dəqiqə

Rusiya Ukrayna Vladimir Putin Dmitri Peskov Moskva Volodimir Zelenski

Putinlə Zelenski arasında görüş Moskvada keçirilməlidir - Peskov

BAKI,TurkicWorld

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında danışıqlar Moskvada keçirilməlidir.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitriy Peskov bildirib.

"Zelenski təmaslar qurmağı təklif edir. Putin bildirib ki, onlar Moskvada mümkündür. Bizim mövqeyimiz olduğu kimi qalır. Kifayət qədər ardıcıl mövqedir",- Rusiya prezidentinin mətbuat katibi bildirib.

Peskov ayrıca Ukrayna ilə bağlı danışıqlara Moskvanın açıq olduğunu vurğulayıb.

Bundan əlavə, o bildirib ki, Ukrayna böhranının nizamlanması ilə bağlı bəzi məsələlərdə razılaşmaya yaxınlaşmaq mümkün olub, bəzi məsələlərdə isə hələlik belə nəticəyə nail olmaq mümkün olmayıb.

Mövzuya görə xəbərlər