BAKI, TurkicWorld
Pakistanın təhlükəsizlik qüvvələri son iki gündə Bəlucistan əyalətində 145 silahlını zərərsizləşdirib.
TurkicWorld xəbər verir ki, bu barədə əyalətin rəsmi nümayəndəsi məlumat yayıb.
Qeyd olunur ki, reydlər son illərdə bütün Bəlucistan boyunca terror qruplaşmaları tərəfindən törədilən ən ölümcül zorakılıq aktlarından birindən sonra həyata keçirilir.
Daha əvvəl bildirilmişdi ki, "Bəlucistan Azadlıq Ordusu" separatçı qruplaşması Bəlucistanda 80-dən çox insanın ölümü ilə nəticələnən silsilə hücumların məsuliyyətini üzərinə götürüb.







