Son dəqiqə

Hizbullah lideri: İrana hücum Hizbullaha da yönəlmiş hücumdur Naim Qasimdən sərt mesaj: İranla müharibə bölgəni alova sürükləyəcək Hizbullah İrana qarşı mümkün müharibəyə reaksiya verəcəyini açıqladı Hizbullah rəhbərindən regional müharibə xəbərdarlığı İrana təzyiq Yaxın Şərqi müharibəyə sürükləyə bilər

İrana ediləcək hər hansı hücum bölgəni alova sürükləyəcək - Hizbullah

BAKI,TurkicWorld, Orxan Qədirzadə

İran əleyhinə mümkün hərbi addımlar Yaxın Şərqdə yeni genişmiqyaslı eskalasiyaya yol aça bilər.

TurkicWorld xəbər verir ki, Hizbullahın baş katibi Naim Qasim bu barədə bildirib.

O həmçinin, İrana yönələcək istənilən hücumun eyni zamanda Hizbullahı da hədəf alacağını bəyan edib.

Naim Qasim İrana dəstək məqsədilə keçirilən həmrəylik mitinqində tərəfdarlarına televiziya vasitəsilə müraciət edərək bildirib ki, hücumlar fərq qoymadan həyata keçirilirsə, Hizbullah da bu təhdidin bir hissəsi hesab olunur və özünü müdafiə etməkdə qətiyyətlidir.

Onun sözlərinə görə, vəziyyətin gedişindən asılı olaraq hansı formada cavab veriləcəyinə qərar veriləcək, lakin Hizbullah bu prosesdə neytral mövqe tutmayacaq. Qasim əlavə edib ki, İrana qarşı mümkün müharibə bu dəfə təkcə bir ölkəni deyil, bütün bölgəni əhatə edən geniş qarşıdurmaya çevriləcək.