Danimarka Dmitri Medvedyev Qrenlandiya Trampın siyasətinə tənqidlər Tramp administrasiyası Trampın prezidentlik müddəti Tramp ABŞ Rusiya münasibətləri ABŞ–Rusiya münasibətləri

Dmitri Medvedyev Qrenlandiyanın Rusiyaya birləşə biləcəyini iddia edib

BAKI, TurkicWorld, Nailə Babazadə

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək planlarına gözlənilməz reaksiya verib.

TurkicWorld xəbər verir ki, Rusiyanın "İnterfaks" agentliyinə danışan Medvedyev Qrenlandiya sakinlərinin Rusiyaya birləşmək üçün səs verə biləcəyini iddia edib. Rusiya eks-prezidenti Donald Trampın Arktikada yerləşən bu nəhəng adanı ABŞ-a birləşdirmək üçün tələsməli olduğunu vurğulayıb.

Medvedyev qeyd edib ki, yoxlanılmamış məlumatlara görə, yaxın günlərdə Qrenlandiyada qəfil referendum keçirilə bilər. Onun sözlərinə görə, adanın 55 min sakini Rusiyaya birləşmək lehinə səs verərsə, Trampın planları alt-üst olacaq və ABŞ bayrağına yeni ulduzlar əlavə edilməyəcək.

Donald Tramp bir müddət əvvəl Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanın ABŞ tərəfindən idarə olunması planını yenidən gündəmə gətirib. ABŞ lideri adanın strateji mövqeyi və zəngin resurslarının milli təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb etdiyini, həmçinin Rusiyanın qarşısını almaq üçün Vaşinqtonun bu əraziyə sahib olmalı olduğunu bəyan edib.

Rusiya tərəfi rəsmi olaraq Qrenlandiyaya qarşı hər hansı ərazi iddiası irəli sürməsə də, adanın Şimali Atlantika yollarındakı mövqeyini və oradakı ABŞ hərbi obyektlərini yaxından izləyir. Kremlin bu məsələ ilə bağlı rəsmi şərhi olmasa da, Arktikanı Rusiyanın milli maraqlar zonası adlandıraraq Qrenlandiya ətrafındakı müzakirələri diqqətlə izlədiklərini bildirib.

Mövzuya görə xəbərlər