Son dəqiqə

Böyük Britaniya Ukrayna London Kiyev

Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verə bilər

BAKI, TurkicWorld

London Kiyevə “Nightfall” ballistik raketlərinin verilməsini nəzərdən keçirir.

TurkicWorld xəbər verir ki, bu barədə “The Daily Mail” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, raketlər təxminən 500 kilometr məsafədə yerləşən hədəfləri məhv etməyə qadirdir. Mərmilər 200 kiloqramlıq döyüş başlıqları ilə təchiz olunub.

Bildirilir ki, raketlər 9 milyon funt sterlinq dəyərində müqavilə çərçivəsində təhvil veriləcək. Böyük Britaniyanın Müdafiə Nazirliyi istehsalçılardan ilk üç prototipi hazırlamağı, yığmağı və çatdırmağı xahiş edib.

Mövzuya görə xəbərlər