BAKI, TurkicWorld
İran hazırda eyni anda dörd istiqamətdə mübarizə aparır.
TurkicWorld xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
O bildirib ki, bu qarşıdurmalardan biri İsrail və ABŞ ilə əlaqədardır. Spikerin sözlərinə görə, paralel olaraq iqtisadi, kognitiv-psixoloji, eləcə də hərbi-terror xarakterli müharibələr davam edir.
Qalibaf ABŞ-nin etiraz proseslərinə müdaxiləsinə də münasibət bildirib və qeyd edib ki, ABŞ İrana hücum edərsə, amerikalıların nəzarətində olan ərazilər və hərbi kontingentlər İran üçün legitim hədəflərə çevriləcək.







