BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək və bu məsələ əldə olunan razılaşmanın əsas şərtlərindən biridir.
TurkicWorld xəbər verir ki, Tramp bu barədə Fransada Fransa Prezidenti Emmanuel Makronla birgə çıxışı zamanı danışıb.
ABŞ liderinin sözlərinə görə, İran da bu öhdəliyi qəbul edib və razılaşma çərçivəsində nüvə silahı əldə etməyəcəyini təsdiqləyib.
Tramp bildirib ki, razılaşmanın icrasına ciddi nəzarət mexanizmləri tətbiq olunacaq.
Onun sözlərinə görə, güclü nəzarət tədbirləri razılaşmanın şərtlərinin yerinə yetirilməsini təmin etməlidir.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton Tehranla münasibətlərin normallaşacağına ümid edir.
Tramp qeyd edib ki, tərəflər arasında müsbət münasibətlərin formalaşması mümkün görünür.
Bununla yanaşı, o vurğulayıb ki, əgər razılaşma pozularsa, vəziyyət yenidən əvvəlki gərgin mərhələyə qayıda bilər.







