Son dəqiqə

Səudiyyə Ərəbistanı Yəmən Hadramaut Salah əl-Aqel

Səudiyyə Ərəbistanı Yəmənin Seyyun hava limanını zərbələr endirib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin şərqindəki Hadramaut vilayətinin Seyyun şəhərinin hava limanına bir sıra hava hücumları həyata keçirib.

TurkicWorld-un məlumatına görə, bu barədə "AIC" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Səudiyyə Ərəbistanına məxsus təyyarələr hava limanına ən azı üç hava hücumu həyata keçirib. Hücumlar şəhərdə güclü partlayışlara səbəb olub.

Yəmənin informasiya, mədəniyyət və turizm nazirinin müavini Salah əl-Aqel "Sky News Arabia" telekanalına hava limanına endirilən zərbələri təsdiqləyib.

Mövzuya görə xəbərlər