Suriya Antonio Quterreş Suriya və təhlükəsizlik məsələləri Suriyada sabitliyin pozulmasına yönəlmiş planlar Suriyada PKK varlığı Suriya iqtisadi inkişafı Suriya iqtisadiyyatının inkişafı üçün sərmayə Suriya və Fələstin arasındakı münasibətlər Suriyada türk diplomatiyası Suriyalı miqrantlar Suriyalı qaçqınların qayıdışı Suriyada humanitar vəziyyət Suriya daxili münaqişə sonrası

Suriya xalqının iradəsi dəyişimin mümkün olduğunu sübut etdi - Quterreş

BAKI, TurkicWorld, Nailə Babazadə

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Suriyada baş verən rejim dəyişikliyinin birinci ildönümündə yazılı açıqlama yayıb.

TurkicWorld xəbər verir ki, Quterreş, Suriyanın devrilmiş lideri Bəşər Əsəd hakimiyyətinin çöküşü ilə "onilliklər boyu davam edən təzyiq rejiminin sona çatdığını" xatırladıb.

“Bu gün Əsəd hökumətinin devrilməsindən və onilliklər boyu davam edən basqı sisteminin sona çatmasından bir il keçir. Təsəvvürəgəlməz çətinliklərə baxmayaraq ümidini heç vaxt itirməyən Suriya xalqının dözüm və cəsarətinə hörmət edirəm.” - deyə Quttereş qeyd edib.

Suriya­dakı rejim dəyişikliyini “parçalanmış icmaları yenidən qurmaq və dərin bölünmələri aradan qaldırmaq” baxımından bir fürsət kimi gördüyünü bildirən Quterreş, bu prosesin etnik mənsubiyyətindən, dinindən, cinsindən və ya siyasi baxışından asılı olmayaraq hər bir suriyalı üçün “təhlükəsiz, bərabər və ləyaqətli” bir həyatın mümkün olacağı bir millət qurmaq imkanı yaratdığını vurğulayıb.

BMT-nin bu keçid prosesinin uğurla tamamlanması üçün suriyalılarla birgə işləməyə “tam qərarlı” olduğunu qeyd edən Quterreş, “Keçən il göstərdi ki, suriyalılar öz keçidlərini idarə etmək üçün gücləndirildikdə və dəstəkləndikdə mənalı dəyişiklik mümkündür” deyə qiymətləndirmə aparıb.

Quterreş prosesdə çətinliklərin yaşandığını, lakin bunların “aşılmaz olmadığını” bildirərək deyib: “Keçid dövrü ədalət mexanizmlərinin qurulması istiqamətində işlər davam edərkən, vətəndaş iştirakının genişləndirilməsi daha inklüziv və hesabatlı Suriya üçün təməl yaratmağa kömək edəcək. Beynəlxalq ictimaiyyət Suriya rəhbərliyində və Suriyaya məxsus olan bu keçid prosesinin arxasında qəti şəkildə dayanmalıdır.”

Mövzuya görə xəbərlər