NATO Litva Almaniya Belçika Teo Franken

Litvada NATO təlimləri zamanı belçikalı əsgər həlak olub

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Litvada keçirilən təlimlər zamanı NATO döyüş qrupunda xidmət edən belçikalı əsgər həyatını itirib.

TurkicWorld xəbər verir ki, bu barədə VRT telekanalı məlumat yayıb.

Əsgər 28 noyabrda minaatan hadisəsi nəticəsində ağır yaralanıb və ertəsi gün aldığı xəsarətlərdən vəfat edib. O, NATO missiyasının bir hissəsi olaraq Belçika hərbi kontingentinin tərkibində xidmət edirdi.

Belçikanın müdafiə naziri Teo Franken "X" sosial şəbəkəsində hadisəni təsdiqləyib, həlak olan hərbçinin ailəsinə başsağlığı verib və Litvaya göstərdiyi dəstəyə görə təşəkkür edib.

Şərq cinahının gücləndirilməsi missiyası çərçivəsində Litvaya yerləşdirilən çoxmillətli NATO döyüş qrupu Almaniya komandanlığı altında fəaliyyət göstərir.

Mövzuya görə xəbərlər