Son dəqiqə

Rusiya Moskva Hava nəqliyyatı infrastrukturu Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Domodedovo hava limanı Jukovski hava limanı

Moskva aeroportlarında uçuşlara məhdudiyyətlər qoyulub

BAKI,TurkicWorld

Moskvanın Domodedovo və Jukovski hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər qoyulub.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) Telegram-kanalında məlumat yayılıb.

Təyyarələrin enişi və qalxışına qoyulmuş qadağanın hava gəmilərinin uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunduğu bildirilir.

Bundan əvvəl Rusiya KİV-də Rusiya HHM qüvvələrinin Moskva yaxınlığında pilotsuz uçuş apartını zərərsizləşdirdiyi barədə məlumat yayılmışdı.

Mövzuya görə xəbərlər