Son dəqiqə

Türkiyə ABŞ Suriya Qətər Səudiyyə Ərəbistanı İordaniya Donald Tramp Əhməd əş-Şəraa Mayk Uolts

ABŞ nümayəndəsi Suriyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı çağırış edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ-nin BMT­­-dəki daimi nümayəndəsi Mayk Uolts, Suriyaya qarşı tətbiq edilən sanksiyaların daha da yumşaldılmasının vacib olduğunu bildirib və BMT Təhlükəsizlik Şurasına çağırış edib.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Uolts çıxışında deyib ki, ABŞ Prezidenti Donald Tramp-ın mesajları bu istiqamətdə fürsətlər yarada bilər və buna əsaslanaraq, bəzi sanksiyaların aradan qaldırılması da daxil olmaqla yumşaltma tədbirləri mümkündür.

ABŞ-nin daimi nümayəndəsi BMT Təhlükəsizlik Şurası üzvlərini aşağıdakıları etməyə çağırıb:

1267 saylı qərar çərçivəsində sanksiyalara məruz qalan bəzi suriyalı liderlərə yönəlmiş tədbirlərin aradan qaldırılması da daxil olmaqla, Suriyaya qarşı sanksiyaların yumşaldılması səylərinə dəstək göstərilməsi.

Suriyanın qonşu ölkələri — Səudiyyə Ərəbistanı, Qatar, Türkiyə, İordaniya və s. — tərəfindən bu ölkənin institutları və iqtisadiyyatı üçün göstərilən dəstək təşəbbüslərinə müsbət yanaşılması.

Mövzuya görə xəbərlər