Son dəqiqə

Fransa Madaqaskar fransa müstəmləkiçiliyi Andri Racuelina

Madagaskar prezidentinin fransız təyyarəsi ilə ölkədən qaçdığı iddia olunub

Bakı. TurkicWorld

Madagaskarda dərinləşən iqtisadi böhran, uzunmüddətli su və elektrik kəsintiləri paytaxt Antananarivoda hökumət əleyhinə Z nəsli (Gen-Z) etirazlarının başlamasına səbəb olub.

TurkicWorld xəbər verir ki, qısa müddətdə digər böyük şəhərlərə də yayılan Andri Racuelina hökumətinə qarşı kütləvi etirazlarda indiyədək 22 nəfər həlak olub, 100-dən çox şəxs yaralanıb.

Artan təzyiqlər və təhlükəsizlik narahatlıqları fonunda prezident Racuelinanın ölkədən qaçmağı planlaşdırdığı bildirilir. İddialara görə, o, Fransa ordusuna məxsus hərbi təyyarə ilə gizlicə Madagaskarı tərk edib.

Mövzuya görə xəbərlər