Son dəqiqə

İspaniya yanğın meşə yanğınları fövqəladə vəziyyət elanı Yanğın səbəbindən təxliyə Yanğınların insan və ekoloji zərərləri Yanğın sonrası bərpa işləri

İspaniyada meşə yanğınları geniş əraziyə yayılır

BAKI, TurkicWorld, Nərmin Ağayeva

İspaniyada meşə yanğınları ilə mübarizə davam edir.

TurkicWorld xəbər verir ki, Qalisiya əyalətinin Ourense bölgəsində baş verən yanğınların söndürülməsi üçün İspaniya Hərbi Fövqəladə Hallar Birliyinin (UME) qrupları Larouko şəhəri ətrafında geniş əraziyə yayılan alovun qarşısını almağa çalışır.

Ayın əvvəlindən Qalisiyada 60 min hektardan çox, il ərzində isə ölkə üzrə təxminən 120 min hektar meşə yanaraq zərər görüb.

Qeyd edək ki, bu il İspaniyada təxminən 36 min hektar meşə sahəsi yanıb. Ekoloji Keçid və Demoqrafik Mübarizə Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə 500 hektardan çox ərazini yandıran iri yanğınların sayı son 10 ilin orta göstəricisini keçərək 15-ə çatıb.

Mövzuya görə xəbərlər