Son dəqiqə

Avstraliya antisemitizm antisemitizmə qarşı mübarizə ibadət yerinə hücum dini ibadətgaha hücum yəhudi icması nifrətə əsaslanan zorakılıq

Avstraliyada sinaqoqun qapısına od vurulub

BAKI,TurkicWorld

Avstraliyanın Melburn şəhərində yerləşən yəhudi sinaqoquna hücum olub, belə ki, sinaqoqun qapısı yandırılıb.

TurkicWorld xəbər verir ki, hadisə zamanı içəridə ibadət edən şəxslər təhlükə altında qalaraq məkanı tərk etməyə məcbur olublar.

Polisin yaydığı məlumata görə, Viktoriya ştatının paytaxtı Melburnun şərq hissəsində yerləşən sinaqoqda cümə gecəsi yanğın baş verib. Yanğınsöndürənlər sinaqoqun girişindəki alovu tez bir zamanda söndürə bilsələr də, içəridə olan təxminən 20 nəfər ibadətçi üçün ciddi təhlükə yaranıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

“Hər hansı ibadət yerinə hücum nifrət aktıdır. Yəhudi ibadət yerinə hücum isə antisemitizmin açıq ifadəsidir.”-deyə, Viktoriya ştatının baş naziri Cəsinta Allan şənbə günü verdiyi açıqlamada bildirib.

Polisin ilkin araşdırmasına əsasən, şübhəli şəxs sinaqoqun ön qapısına alışqan maye tökərək ona od vurub. Hücumun 30 yaşlarında ağdərili bir kişi tərəfindən həyata keçirildiyi ehtimal olunur, lakin onun kimliyi hələ müəyyənləşdirilməyib.

“Cəmiyyətimizdə antisemitizmə və nifrətə əsaslanan davranışlara yer yoxdur.”- deyə polisin bəyanatında deyilir.
Qeyd edək ki, 2025-ci il ərzində Avstraliyada bir sıra antisemit insidentlər baş verib. Yəhudi evləri, məktəbləri, sinaqoqları və avtomobilləri vandalizm və qəsdən yandırma halları ilə hədəf alınıb. Hadisələr ölkədə narahatlıq doğurmaqda davam edir.

Mövzuya görə xəbərlər