BAKI, TurkicWorld
İsrail-İran müharibəsinin ağır bədəli – Müdafiə sistemlərinə milyardlarla dollar xərclənir.
TurkicWorldxəbər verir ki, İsrailin İranla davam edən müharibəsi ölkə iqtisadiyyatına ağır yük gətirir.
Müdafiə və hava hücumundan müdafiə sistemləri ilə bağlı xərclər gündə milyonlarla dollara çatır. Xüsusilə İran raketlərinin qarşısını almaq üçün istifadə edilən David’s Sling, Arrow-2 və Arrow-3 kimi sistemlərin hər biri milyonlarla dollarlıq xərclər tələb edir.
Mütəxəssislər bildirirlər ki, bir raketin qarşısını almaq üçün David’s Sling sisteminin buraxdığı iki raketin dəyəri təxminən 700 min dollar, Arrow-2 raketinin isə 3 milyon dollar olduğu təxmin edilir. Yeni nəsil Arrow-3 raketinin hər bir atışı isə 4 milyon dollara başa gəlir.
Hava hücumlarına cavab olaraq F-35 kimi təyyarələrin havada saxlanması da ciddi maliyyə tələb edir – bu tip hərbi təyyarələrin bir saatlıq uçuş xərci 10 min dollara yaxın hesablanır.
Müharibə həm də infrastrukturun zədələnməsi ilə əlaqədar əlavə xərclər yaradır. Genişmiqyaslı hücumlar nəticəsində zərər çəkmiş binaların təmiri və yenidən qurulması təxminən 400 milyon dollara başa gələ bilər.
Qeyd edək ki, Aaron İqtisadi Siyasət İnstitutunun hesablamalarına görə, İranla bir ay davam edəcək müharibənin ümumi maliyyəti təqribən 12 milyard dollar təşkil edə bilər. Bu da İsrailin müharibəni uzatmasının qarşısında ciddi iqtisadi maneə yaradır.





