Son dəqiqə

İsrail İran Tel-Əviv Mossad Şərqi Qüds

İran MOSSAD qərargahını raketlərlə vurdu

BAKI, TurkicWorld

İran, İsrailin Herzliya şəhərində yerləşən MOSSAD kəşfiyyat təşkilatının binasını ballistik raketlərlə hədəfə alıb.

TurkicWorld xəbər verir ki, hücum nəticəsində MOSSAD-ın qərargahı birbaşa hədəf alınıb. İ

İsrail ordusu da hücumu təsdiqləyib və bildirib ki, İran ümumilikdə 20-yə yaxın ballistik raket atıb.

Hücumdan sonra Tel-Əviv və Qüdsdə bir neçə partlayış səsi eşidilib, havaya qalxan tüstü müşahidə olunub.

İran tərəfi hücumun detallarına dair əlavə açıqlama verməyib. Hadisə bölgədə gərginliyi daha da artırıb.

Mövzuya görə xəbərlər