Son dəqiqə

Sudan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudan vətəndaş müharibəsi Sudanda humanitar böhran Sudanda vəba epidemiyası epidemiya Səhiyyə böhranı

Sudanda səhiyyə böhranı - iki gündə onlarla ölüm

BAKI, TurkicWorld

Sudanda vəba epidemiyasında 2 günə 70 nəfər ölüb.

TurkicWorld xəbər verir ki, Sudanın səhiyyə naziri ölkədə yayılan vəba epidemiyası ilə bağlı açıqlama verib.

Paytaxt Xartumda son iki gün ərzində azı 70 nəfərin vəba səbəbilə həyatını itirdiyi bildirilib.

Epidemiya qısa müddətdə bölgədə geniş yayılaraq səhiyyə sistemini çökdürmə riski yaradır. Nazirliyin məlumatına görə, xəstəxanalarda vəziyyət kritikdir və dərman çatışmazlığı baş verir.

Qeyd edək ki, son aylarda Sudanda davam edən silahlı qarşıdurmalar səbəbilə səhiyyə infrastrukturu zədələnib, su və sanitariya şəraiti pisləşib ki, bu da yoluxucu xəstəliklərin yayılmasını asanlaşdırır. Dünya Səhiyyə Təşkilatı da bölgədə epidemioloji riskin yüksək olduğunu açıqlayıb.

Mövzuya görə xəbərlər