Son dəqiqə

Yaponiya Cənubi Koreya Cənubi Koreya və ABŞ münasibətləri Cənubi Koreya hökuməti Şimali Koreya Yapon dənizi təxribatı Koreya yarımadası təhlükə Pxenyan raket sınağı 2025

Koreya yarımadasında gərginlik- Şimali Koreya yenidən raket atıb

BAKI, TurkicWorld

Şimali Koreya Yapon dənizi istiqamətində qanadlı raketlər buraxıb.

TurkicWorld xəbər verir ki, Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsi Şimali Koreyanın bu gün səhər saatlarında Yapon dənizi (Şərq dənizi) istiqamətində bir neçə qanadlı raket buraxdığını açıqlayıb.

Bildirilib ki, yerli vaxtla saat 09:00 radələrində Şimali Koreyanın şərqində yerləşən Sondok bölgəsindən atılan raketlərlə bağlı Cənubi Koreya və ABŞ hərbi rəsmiləri təhlil işlərinə başlayıblar. Raketlərin uçuş trayektoriyası, məsafəsi və düşdüyü ərazilər hazırda araşdırılır.

Qeyd edək ki, Pxenyan administrasiyası bundan əvvəl, mayın 8-də də Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket sınaqdan keçirmişdi.

Mövzuya görə xəbərlər