Son dəqiqə

Sergey Lavrov Rusiya Ukrayna Rusiya XİN Atəşkəs razılaşması atəşkəs və sülh perspektivləri Rusiya Ukrayna müharibəsi Rusiya Ukrayna sülh təşəbbüsü

Danışıqlar bitmədən atəşkəs olmayacaq - Lavrov

BAKI, TurkicWorld

Atəşkəs yalnız danışıqlardan sonra mümkün ola bilər.

TurkicWorld xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə bağlı danışıqlara dair yeni açıqlama verib.

Nazir bildirib ki, hazırda atəşkəsin elan olunması gündəmdə deyil və bu məsələyə yalnız danışıqlar prosesi başa çatdıqdan sonra baxılacaq.

“Ukrayna ilə sülh danışıqları davam edir, lakin biz bu mərhələdə atəşkəslə bağlı qərar qəbul etməyi düşünmürük. Müzakirələr yekunlaşdıqdan sonra hərbi əməliyyatların dayandırılması məsələsinə baxıla bilər”, – deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında münaqişə 2022-ci ilin fevralından bəri davam edir və beynəlxalq ictimaiyyətin vasitəçilik səylərinə baxmayaraq, tərəflər arasında davamlı atəşkəsə dair razılaşma hələ əldə olunmayıb.

Mövzuya görə xəbərlər