Son dəqiqə

Ukrayna Vladimir Zelenski Vatikan Marko Rubio ABŞ-ın vitse-prezidenti J.D. Vance Frederix Merz 2025 Vatikan konklavı papa seçkisi proses Papa XIV Leo yeni seçilmiş Roma Papası

Yeni Papa rəsmi olaraq vəzifəsinə başlayıb

BAKI, TurkicWorld

Papa XIV Leo Vatikanda keçirilən böyük mərasimlə vəzifəsinin icrasına rəsmi olaraq başlayıb.

TurkicWorld xəbər verir ki, Katolik Kilsəsinin 267-ci lideri seçilən Papa XIV Leo Müqəddəs Pyotr Meydanında təşkil olunan xüsusi mərasimlə papalıq səlahiyyətlərini qəbul edib.

O, mərasim zamanı “popemobil”lə meydanda toplaşan insanları salamlayıb və rəmzi olaraq “Palio” ağ qanad və “Balıqçı üzüyü” adlanan papalıq üzüyünü alaraq vəzifəsinə başlayıb.

Tədbirdə ABŞ-ın vitse-prezidenti JD Vans, dövlət katibi Marko Rubio, Almaniya kansleri Fridrix Merz və Ukrayna prezidenti Vladimir Zelenski də daxil olmaqla, bir sıra ölkələrin yüksək rütbəli rəsmiləri iştirak ediblər. Mərasimə təxminən 150 min insan qatılıb.

Çıxışında Papa XIV Leo nifrət, zorakılıq, qərəz və fərqlilik qorxusu ilə yanaşı, dünyada sosial ədalətsizliyə yol açan iqtisadi sistemləri də tənqid edib. O, kilsəni “heç bir avtoritetə boyun əymədən” idarə edəcəyini bildirib.

Qeyd edək ki, Papa XIV Leo çıxışı zamanı Qəzza və Ukraynadakı müharibələrə də toxunub. Onun Ukrayna prezidenti Volodimir Zelenski ilə yaxın zamanda ilk təkbətək görüşü keçiriləcəyi gözlənilir.

Mövzuya görə xəbərlər