Son dəqiqə

Sergey Lavrov ABŞ Rusiya İstanbul Marko Rubio Ukrayna və Rusiyanın barışıq təklifləri Rusiya Ukrayna müharibəsi

İstanbul danışıqları sonrası Rusiya və ABŞ arasında diplomatik təmas

BAKI, TurkicWorld

ABŞ və Rusiyadan telefon diplomatiyası- İstanbul danışıqları müzakirə edilib.

TurkicWorldxəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Tərəflər İstanbulda keçirilən son sammitin nəticələrini və Ukrayna ilə bağlı mümkün diplomatik addımları müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, söhbət zamanı prezident Vladimir Putinin Kiyevin İstanbul danışıqlarının bərpası ilə bağlı təklifinə ABŞ-ın göstərdiyi konstruktiv yanaşma vurğulanıb.

Bəyanatda həmçinin qeyd olunub ki, Moskva Ukrayna ilə bağlı diplomatik proseslərdə Vaşinqtonla əməkdaşlığı davam etdirməyə hazırdır.

Mövzuya görə xəbərlər