BAKI, TurkicWorld
Avropa Ədalət Məhkəməsi Maltanın “qızıl pasport” praktikasına son qoyulması barədə qərar qəbul edib.
TurkicWorld xəbər verir ki, Aİ-nin Ədalət Məhkəməsi Maltanın investisiya müqabilində vətəndaşlıq verməsini Avropa İttifaqı qanunlarına zidd hesab edib.
Məhkəmənin qərarına əsasən, vətəndaşlığın kommersiya əməliyyatına çevrilməsi Aİ müqavilələrinin ruhuna uyğun gəlmir. Bu qərar ilə ödəniş qarşılığında Aİ vətəndaşlığı almaq qanuni əsasını itirir.
Qeyd edək ki, proses 2022-ci ildə Avropa Komissiyasının iddiası ilə başlayıb və xüsusilə Rusiya və Belarus vətəndaşlarına qarşı tətbiq edilən fərqli yanaşma diqqət mərkəzində olub.







