yanğın Nepal meşə yanğınları təbii fəlakət fövqəladə vəziyyət elanı

Nepalda meşə yanğını faciəsi

BAKI, TurkicWorld

Nepalda baş verən genişmiqyaslı meşə yanğınları insan tələfatına və yaralanmalara səbəb olub, bir neçə nəfərin taleyi isə hələ də naməlumdur.

TurkicWorld xəbər verir ki, son iki gündə Cənub-Şərqi Asiya ölkəsi Nepalda müxtəlif bölgələrdə yayılan meşə yanğınları nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Panchthar rayonunda yem yığmaq üçün meşəyə gedən iki qadın yanıq xəsarətləri alaraq həyatlarını itiriblər. Onların Katmandudakı xəstəxanaya aparılarkən öldükləri bildirilir.

Qeyd edək ki, ötən gecə Nepalın mərkəzindəki Palpa rayonunda yanğını söndürməyə çalışan bir nəfər uçurumdan yıxılaraq həlak olub. Həmin ərazidə daha dörd nəfər isə itkin düşüb. Axtarış-xilasetmə işləri davam edir.

Rəsmi mənbələr bildirir ki, hazırda ölkənin bir neçə bölgəsində aktiv meşə yanğınları müşahidə olunur və alovun qarşısını almaq üçün könüllülər və fövqəladə hallar xidməti əməkdaşları səfərbər edilib.

Mövzuya görə xəbərlər