Son dəqiqə

İtaliya təbii fəlakət Vulkan püskürməsi Etna vulkanı

Etna vulkanı yenidən oyanıb

BAKI, TurkicWorld

İtaliyanın cənubunda yerləşən aktiv vulkanlardan biri olan Etna yenidən fəallaşıb, kül və lava püskürməsi qeydə alınıb.

TurkicWorld xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya filialı vulkanın güclü püskürdüyünü və yaranan kül buludunun şərq istiqamətində yayıldığını açıqlayıb.

INGV vulkanın püskürməsi ilə əlaqədar hava hərəkəti üçün xüsusi qırmızı kodlu xəbərdarlıq edib. Bununla belə, Kataniyanın Fontanarossa hava limanında uçuşların dayandırılmadığı bildirilib.

Qeyd edək ki, Etna Avropanın ən aktiv vulkanı hesab olunur və son illərdə dəfələrlə püskürmələr qeydə alınıb.

Mövzuya görə xəbərlər