Son dəqiqə

Azərbaycan İtaliya

Azərbaycandan İtaliyaya ixrac olunan neftin dəyəri təxminən 9 faiz artıb

Bakı.TurkicWorld:

Azərbaycandan İtaliyaya neft ixracının dəyəri 8,8 faiz artıb.

Dövlət Gömrük Komitəsi tərəfindən dərc olunan Azərbaycanın xarici ticarət üzrə gömrük statistikasına əsasən, yanvar-avqust aylarında Azərbaycandan İtaliyaya 5,226 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış 8,471 milyon ton neft və neft məhsulları ixrac edilib.

Trend-in məlumatlar əsasında apardığı hesablamalarına görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 424 milyon ABŞ dolları və ya 8,8 faiz çox, həcm ifadəsində isə 727 min ton və ya 7,9 faiz azdır.

Qeyd olunur ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycandan İtaliyaya 4,802 milyard ABŞ dolları dəyərində 9,198 milyon ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları ixrac edilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2021-2025-ci illərdə Azərbaycandan İtaliyaya bitumlu süxurlardan alınmış neft və neft məhsullarının ixrac həcmi belə dəyişib:

İl

İxrac həcmi

İxrac dəyəri

2021

12,582 mln ton

6,065 mlr ABŞ dolları

2022

8,902 mln ton

6,641 mlr ABŞ dolları

2023

11,118 mln ton

7,077 mlr ABŞ dolları

2024

10,950 mln ton

6,754 mlr ABŞ dolları

2025

13,111 mln ton

6,728 mlr ABŞ dolları

Mövzuya görə xəbərlər