Türkiyə ABŞ Ursula fon der Lyayen Trampın fərmanları

ABŞ idxal vergilərini artırır-Türkiyə ən aşağı faaizdədir

BAKI,TurkicWorld

ABŞ prezidenti Donald Tramp idxala yeni tarif dərəcələri tətbiq edəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, yeni qərara əsasən, ABŞ-a daxil olan mallara ən azı 10 faiz vergi tətbiq olunacaq.

Çin və Avropa İttifaqı da daxil olmaqla, bir çox ölkəyə daha yüksək tariflər tətbiq edilib.Trampın yeni tarif siyasəti çərçivəsində Çinə 34 faiz, Avropa İttifaqına 20 faiz, Yaponiyaya 24 faiz, Vyetnama 46 faiz, Tayvana 32 faiz, Hindistana isə 26 faiz idxal vergisi tətbiq olunacaq. Türkiyə isə ən aşağı tarif dilimində – 10 faiz rüsumla qalacaq. Bundan əlavə, ABŞ-a idxal edilən bütün avtomobillərə 25 faiz əlavə vergi tətbiq olunacaq.

Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında yeni tarifləri “ABŞ-ın iqtisadi müstəqillik bəyannaməsi” adlandırıb. O, Birləşmiş Ştatların on illərdir ticarət tərəfdaşları tərəfindən istismar edildiyini bildirərək, Avropa İttifaqını sərt tənqid edib. “Birləşmiş Ştatlar artıq birtərəfli iqtisadi təslimçilik siyasətini davam etdirə bilməz. Biz öz xalqımızın maraqlarını qoruyacağıq,” – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqı yeni tarif qərarlarına cavab tədbirləri görəcəyini açıqlayıb. Aİ Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, ABŞ-ın tarif siyasətinə qarşılıq olaraq, Avropa ölkələri də ABŞ-ın xidmət sektoru və texnologiya şirkətlərinə qarşı tədbirlər görmək niyyətindədir. Bu qərar, xüsusilə Avropa avtomobil istehsalçıları və polad sənayesinə ciddi təsir göstərə bilər.

Mövzuya görə xəbərlər