Son dəqiqə

ABŞ Səudiyyə Ərəbistanı Körfəz Əməkdaşlıq Şurası Hizbullah Sanksiyalar ABŞ Maliyyə Nazirliyi Beyt əl-Mal Əl-Qard əl-Həsən

ABŞ və Körfəz ölkələri Hizbullahla əlaqəli şəxslərə sanksiya tətbiq edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Maliyyə Nazirliyi ABŞ və Körfəz ölkələrinin birgə qərarı ilə Hizbullahın maliyyə şəbəkəsi ilə əlaqəli olduğu iddia edilən şəxslərə və qurumlara qarşı yeni sanksiyalar tətbiq olunduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, qərar Terrorçuluğun Maliyyələşdirilməsi ilə Mübarizə Mərkəzi çərçivəsində qəbul edilib. Bu quruma ABŞ və Səudiyyə Ərəbistanı həmsədrlik edir, həmçinin Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər də burada təmsil olunur.

Məlumata görə, sanksiyalar Hizbullahın maliyyə şəbəkəsi ilə əlaqəli olduğu iddia edilən 5 qurumu və 16 fiziki şəxsi əhatə edir.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, sanksiyalar, əsasən, "Əl-Qard əl-Həsən" adlı quruma yönəlib. Vaşinqton bu təşkilatın qeyri-hökumət qurumu kimi fəaliyyət göstərdiyini bəyan etsə də, onun lisenziyasız bank kimi maliyyə xidmətləri göstərdiyini iddia edir.

Sanksiyalar, həmçinin ABŞ rəsmilərinin Hizbullahın qeyri-rəsmi xəzinəsi və investisiya qurumu kimi xarakterizə etdiyi "Beyt əl-Mal" təşkilatını da əhatə edir.

Mövzuya görə xəbərlər