BAKI,TurkicWorld,Yusif Şərifzadə
Çin xarici işlər naziri Van İ ABŞ ilə İran arasında aparılan danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.
TurkicWorld xəbər verir ki, Van İ bu barədə Pekində Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə keçirdiyi görüş zamanı danışıb.
Çinli nazir bildirib ki, hazırkı atəşkəs hələ də kövrək xarakter daşıyır. Onun sözlərinə görə, müharibə aparmaqdansa danışıqlar aparmaq, qarşıdurma yaratmaqdansa dialoq qurmaq daha doğru yoldur.
Van İ əlavə edib ki, Çin regionda gərginliyin azaldılması və uzunmüddətli sülhün təşviqi istiqamətində Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa hazırdır.
O vurğulayıb ki, Pekin Yaxın Şərqdə sabitliyin möhkəmləndirilməsinə yönəlmiş diplomatik təşəbbüsləri dəstəkləməyə davam edəcək.







