BAKI,TurkicWorld,Yusif Şərifzadə
HƏMAS nümayəndə heyəti Misirin paytaxtı Qahirədə Misir və Türkiyənin kəşfiyyat xidmətlərinin rəhbərləri ilə Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin icrasını müzakirə edib.
TurkicWorld xəbər verir ki, Misirin dövlət nəşrinin yaydığı məlumata görə, görüşdə Misir Ümumi Kəşfiyyat Xidmətinin direktoru Həsən Rəşad və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın iştirak ediblər.
Məlumata əsasən, HƏMAS nümayəndə heyətini təşkilatın yüksəkvəzifəli rəhbərləri Xalid Məşəl, Xəlil əl-Həyyə və Məhəmməd Həsən təmsil ediblər.
Bildirilir ki, danışıqların əsas mövzusu Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsi olub.
Qeyd edilir ki, Misir, Qətər, Türkiyə və ABŞ-nin vasitəçiliyi ilə hazırlanan yol xəritəsi ötən ilin oktyabr ayında Şarm əş-Şeyxdə keçirilən sülh zirvə toplantısında imzalanıb.
Məlumata görə, görüş müsbət atmosferdə keçib və razılaşmanın icrasının başa çatdırılması ilə bağlı nikbinlik ifadə olunub. HƏMAS nümayəndələri planın həyata keçirilməsinə dəstək verdiklərini və icra prosesində yaranan maneələrin aradan qaldırılmasına hazır olduqlarını bildiriblər.





