BAKI,TurkicWorld
Nyu Yorkda Fələstin tərəfdarları New York Times qəzetinin binası önündə etiraz aksiyası keçirib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki yüzlərlə insan ABŞ-ın Nyu York şəhərində toplaşaraq fələstinli jurnalist Hossam Shabbat və onun 210-dan çox həmkarının öldürülməsinə etiraz edib.
Aksiya iştirakçıları media qurumlarını Fələstində baş verən hadisələri obyektiv şəkildə işıqlandırmağa çağırıb və fələstinli jurnalistlərə qarşı zorakılığı qınayıb.
Qeyd edək ki, İsrailin Qəzzaya hücumları nəticəsində onlarla media nümayəndəsi həyatını itirib, bu da beynəlxalq ictimaiyyətdə ciddi narahatlığa səbəb olub.