Son dəqiqə

Fələstin İsrail Oscar 2025

Oskar almış Fələstinli rejissor hücuma məruz qalaraq həbs edilib

BAKI, TurkicWorld

Fələstinli rejissor Həmdan Ballal, "No Other Land "( Başqa Torpaq Yoxdur) sənədli filmi ilə Oskar qazandıqdan sonra İsrail ordusu tərəfindən həbs edilib və hücuma məruz qalıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Həmdan Ballal, İordan çayının qərb sahilində, Hebron yaxınlığında yerləşən Masafer Yatta bölgəsində israilli mühacirlər tərəfindən hücuma uğrayıb.

Hücum zamanı silahlı mühacirlər onun evini mühasirəyə alaraq, pəncərələri sındırıb və ətrafında dağıntılar yaradıb.

Şahidlərin dediyinə görə, Ballalın avtomobili daşlarla zədələnib və təqib edilərək İsrail əsgərləri tərəfindən həbs edilib. Hücum nəticəsində başından zərbələr alan Ballal qanlar içində qalıb.

Qeyd edək ki, “No Other Land” filminin israilli və fələstinli rejissorları bir neçə dəfə hücuma məruz qalıblar. Keçən fevralda digər rejissor Bazel Adra da mühacirlər tərəfindən hücuma uğramışdı. İsrailin mədəniyyət naziri isə filmin uğurunu "kino dünyası üçün kədərli an" kimi qiymətləndirib.

Mövzuya görə xəbərlər