Son dəqiqə

Avropa İslamafobiya Avropa Birliyi irqçilik məsələləri

Avropada İslam əleyhinə yanaşmalar normallaşır

BAKI, TurkicWorld

Avropa Komissiyasının rəsmisi Avropada İslam əleyhinə nifrətin artdığını və normallaşdığını bildirib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki , Avropa Birliyi (AB) Komissiyasının Müsəlman Əleyhinə Nifrətlə Mübarizə Koordinatoru Marion Lalisse, İslamofobiya, irqçilik və ayrı-seçkiliyin bəzi cəmiyyətlərdə adi hal aldığını vurğulayıb.

Lalisse qeyd edib ki, müsəlman əleyhinə nifrət xarici düşmənçilik və irqçilik kimi ayrı-seçkilik formasıdır və cəzalandırılmalıdır. Lakin hazırkı vəziyyətdə Avropada bu cür nifrət təzahürlərinin artdığı və cəzasızlıq hissinin yayıldığı müşahidə olunur. O, xüsusilə 7 oktyabr hadisələrindən sonra müsəlmanlara qarşı mənfi yanaşmanın daha da gücləndiyini bildirib.

Qeyd edək ki, son illərdə Avropada İslamofobiyanın artması beynəlxalq insan haqları təşkilatları tərəfindən də narahatlıqla qarşılanır.

Mövzuya görə xəbərlər