Son dəqiqə

Avropa Avropa Komissiyası Ursula von der Leyen

Avropa açıq təhlükə ilə üz-üzədir - von der Leyen

BAKI, TurkicWorld

Avropa Komissiyasının sədri Ursula von der Leyen Avropanın ciddi təhlükə ilə qarşı-qarşıya olduğunu bildirərək, bölgənin özünü müdafiə edəcək vəziyyətə gətirilməsinin vacibliyini vurğulayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, von der Leyen Aİ Liderlər Zirvəsi öncəsi Avropa Xalq Partiyasının (EPP) iclasında çıxış edərək Avropanın təhlükəsizlik strategiyasını gücləndirmək üçün yeni “Rearm” planını təqdim edəcəyini açıqlayıb.

“Avropa açıq və indiki təhlükə ilə üz-üzədir. Biz qitəni özünü müdafiə edəcək vəziyyətə gətirməliyik”, – deyə o bildirib.

Von der Leyen Aİ-nin müdafiə xərclərini artırmaq və Avropanı yenidən silahlandırmaq məqsədilə 800 milyard avro dəyərində “Rearm” planını liderlərə təqdim edəcəyini bildirib.

“Bu plan üzv dövlətlərə hərbi xərclər üçün daha çox maliyyə imkanı verir və Avropa səviyyəsində birgə satınalmalara şərait yaradır. Ən əsası, Ukrayna da bundan faydalana bilər”, – deyə o əlavə edib.

Xatırladaq ki, Brüsseldə keçiriləcək fövqəladə zirvədə Aİ liderləri Ukraynaya dəstək və Avropanın müdafiə xərclərinin artırılması yollarını müzakirə edəcəklər.

Mövzuya görə xəbərlər