Son dəqiqə

Ukrayna Vladimir Zelenski İngiltərə Keir Starmer

Zelenski bazar günü Starmerlə Londonda görüşəcək

Bakı, TurkicWorld

Ukrayna prezidenti Vladimir Zelenski bazar günü Böyük Britaniya baş naziri Keir Starmerlə görüşmək üçün Londona səfər edəcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki ,görüş Starmerin Avropa liderləri ilə Avropa müdafiəsi üzrə sammitə sədrlik edəcəyi bir vaxtda baş tutacaq. Həmçinin, Starmerin ABŞ prezidenti Donald Trampla Vaşinqtonda görüş keçirdikdən sonra Londonda Zelenski ilə bir araya gəlməsi planlaşdırılır.

Ukrayna lideri Kiyevdə keçirdiyi mətbuat konfransında Londona səfərinin ABŞ səfərindən sonra baş tuta biləcəyini açıqlayıb.

"ABŞ-dan sonra ora getdiyimi görəcəyik, Londona səfər etməyi planlaşdırıram... Bundan dərhal sonra avropalılar və mən Key Starmerlə görüşəcəyik", – deyə Zelenski bildirib.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp Zelenskinin Ukrayna mədənlərinin istismarına dair çərçivə sazişini yekunlaşdırmaq üçün Vaşinqtona səfər edəcəyini təsdiqləyib.

Görüşlərin əsas müzakirə mövzularından birinin Ukrayna üçün yeni müdafiə və iqtisadi dəstək planları olacağı gözlənilir.

Mövzuya görə xəbərlər