Bakı, TurkicWorld
Bu gün səhər saatlarında Fransanın Marsel şəhərində yerləşən Rusiya konsulluğundan güclü partlayış səsi gəlib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürən briqadaları və təcili tibbi yardım briqadaları cəlb edilib.
Rusiya Federasiyasının Marseldəki baş konsulu partlayışın konsulluğun daxilində baş verdiyini təsdiqləyib.
Hazırda Fransanın hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır. Zərərçəkənlər barədə məlumat hələlik açıqlanmayıb.