BAKI,TurkicWorld
Rusiyanın üç hava limanında – Orenburq, İjevsk, Kirov şəhər hava limanlarında mülki təyyarələrin qəbulu və göndərilməsinə müəvqqəti məhdudiyyətlər tətbiq olunub.
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) Mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, Orenburq hava limanı Moskva vaxtı ilə saat 07:13-dən (Bakı vaxtı ilə 08:13) , İjevsk hava limanı 07:14-dən (Bakı vaxtı ilə 08:14), Kirov hava limanı isə 07:16-dan (Bakı vaxtı ilə 08:16) etibarən reyslərə xidmət göstərməyi dayandırıb.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın bir sıra digər hava limanlarında da təyyarələrin qəbulu və yola salınmasına məhdudiyyətlər tətbiq edilmişdi. Belə ki, Ufa, Çeboksarı, Kazan, Nijnekamsk, Buqulma, Samara, Ulyanovsk, Penza və Saratov hava limanlarının iş rejimi dəyişdirilmişdi. Həmçinin Soçi hava limanında da reyslərə xidmət müvəqqəti dayandırılmışdı, lakin hazırda hava limanı fəaliyyətini adi rejimdə bərpa edib.







