Son dəqiqə

Fələstin İsrail Yaxın Şərq İnsan hüquqları İordan çayının qərb sahili Fələstin Məhbuslar Cəmiyyəti Həbslər

İsrail iyulda İordan çayının qərb sahilində 630 nəfəri saxlayıb - Fələstin

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Fələstin Məhbuslar Cəmiyyəti İsraili işğal altındakı İordan çayının qərb sahilində reydləri və kütləvi həbsləri davam etdirməkdə ittiham edib.

TurkicWorld xəbər verir ki, təşkilatın yaydığı məlumata əsasən, İsrail qüvvələri iyul ayında 630 fələstinlini saxlayıb.

Bəyanatda bildirilir ki, saxlanılmalar zamanı İsrail hərbçiləri çoxsaylı evlərə basqın edib, yerində dindirmələr aparıb, fələstinlilərin əmlakına ziyan vurub, həm saxlanılan şəxslərə, həm də onların ailə üzvlərinə qarşı zorakılıq tətbiq ediblər.

Fələstin Məhbuslar Cəmiyyətinin məlumatına görə, avqust ayının əvvəlinə olan vəziyyətə əsasən, İsrail həbsxanalarında 9 400-dən çox fələstinli saxlanılır.

Onların arasında 370 uşaq və 92 qadın olduğu bildirilib.

Mövzuya görə xəbərlər