Bakı, TurkicWorld
Paris İsrail qüvvələrinin Livanın cənubundakı kəndlərdən çıxmasını qeyd edib və mümkün qədər tez tamamilə geri çəkilməsinin zəruriliyini xatırladıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyan edib.
Nazirliyin açıqlamasında Fransa İsrail Müdafiə Qüvvələrinin hələ də Livan ərazisindəki beş məntəqədə mövcudluğunu qeyd edib.
Bəyanatda vurğulanır ki, Fransa İsrail ordusunun İran və İsrail arasında əldə edilən atəşkəs rejiminin şərtlərinə uyğun olaraq Livan ərazisini tamamilə tərk etməli olduğunu hesab edir.