Son dəqiqə

Türkiyə Ukrayna Vladimir Zelenski

Müharibənin sonu təhlükəsizlik zəmanətlərinə əsaslanmalıdır - Zelenski

Bakı, TurkicWorld

Ukrayna prezidenti Vladimir Zelenski rəsmi səfər çərçivəsində Türkiyəyə gedib və Ankarada ölkəsinin yeni səfirliyinin açılışında çıxış edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gələn Zelenski, Ukrayna müharibəsinin sonu ilə bağlı kritik açıqlamalar verib.

Zelenski müharibənin dayandırılması üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsinin vacibliyini vurğulayıb. O, Türkiyənin məhbus mübadiləsi və sülh prosesində mühüm rol oynadığını bildirib.

O, Türkiyənin səyləri sayəsində taxıl dəhlizinin yaradıldığını, lakin Rusiyanın bu dəhlizi pozduğunu qeyd edib.

Zelenski ABŞ, Avropa Birliyi və Türkiyənin Ukraynanın təhlükəsizliyinə təminat verməli olduğunu bildirib. O, bu məsələləri Ərdoğanla görüşündə geniş müzakirə edəcəyini qeyd edərək, ölkəsinin Ankaradakı yeni səfirliyinin açılışını “çox simvolik” adlandırıb.

Tədbirdə həmçinin Krım-tatar diasporu və Ukrayna diplomatları da iştirak ediblər.

Mövzuya görə xəbərlər