Bakı, TurkicWorld
Qəzza hökuməti son iki gündə bölgəyə daxil olan humanitar yardım yüklü maşınların təyin olunan miqdarın cəmi 30 faizini təşkil etdiyini açıqlayıb.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, hökumətin Qəzzadakı media ofisi tərəfindən yayımlanan açıqlamada bildirilib ki, son iki gündə Qəzza zolağına daxil olan yük maşınlarının sayı müəyyən edilmiş rəqəmin 30 faizini keçməyib.
Hökumətin media idarəsinin direktoru İsmayıl Sevabite dünən verdiyi açıqlamada İsrailin Qəzzaya lazımi humanitar yardımların daxil olmasına mane olduğunu və bunun atəşkəs razılaşmasının pozulması olduğunu bildirib.
Qeyd edək ki, yanvarın 19-da qüvvəyə minmiş HƏMAS və İsrail arasındakı atəşkəs və məhbus mübadiləsi razılaşmasına əsasən, Qəzzaya gündə 600 yardım maşınının daxil olması tələb olunur.
Uzun müddətdir humanitar yardımların qarşısının alınması, xəstəxanaların xidmətdən çıxması və hətta çadırların İsrail ordusunun hədəfinə çevrilməsi Qəzzada ciddi humanitar böhrana səbəb olub.